Merkelin memuarları ona milyonlarla avro qazandıracaq
Almaniyanın keçmiş kansleri Angela Merkel təqribən 15 min avro təqaüddən əlavə, “Azadlıq” adlı memuarları sayəsində çoxmilyonlarla sərvət qazanacaq.
Yeniavaz.com xəbə verir ki, bu barədə “Bild” məlumat yayıb.
Kitab eyni vaxtda 31 ölkədə buraxılır. Almaniyada onun bir nüsxəsi 42 avroya satılacaq.
“Frankfurter Sonntags Zeitung”in məlumatına görə, Merkel və həmmüəllifi, onun ofisinin direktoru Beate Bauman kitab üzərində işlərinə görə ikirəqəmli milyon avans alıblar. Mütəxəssislər Merkelin kitabının qlobal bestseller olduğunu, partiyalar və fondların ənənəvi olaraq belə kitabları böyük miqdarda aldığını qeyd edərək, belə bir ödənişi kifayət qədər real adlandırıb.
Alman dili hüquqları üçün avans məbləği 1,5-1,8 milyon avro həcmində qiymətləndirilir ki, bu da Merkelin sələfi Helmut Kolun memuarlarından əldə etdiyi gəlirdən xeyli yüksəkdir. Lakin yüksək tələbata baxmayaraq, Merkel memuar müqaviləsi 60 milyon avro dəyərində olan Barak və Mişel Obama kimi beynəlxalq fiqurlara uduzub.