AZ

Finlandiyalı deputat Rusiya ilə sərhədin açılması təklifinə görə üzr istəməli olub

Finlandiyada deputat Kilyunen Rusiya ilə sərhədlə bağlı dediklərinə görə üzr istəməli olub

Finlandiya parlamentinin üzvü Kimmo Kilyunen partiya yoldaşlarının tənqidindən sonra Rusiya ilə sərhədin yenidən açılmasının zəruriliyi ilə bağlı təklifinə görə üzr istəməli olub.

Qaziler.az bildirir ki, u barədə noyabrın 28-də Helsingin Sanomat qəzeti məlumat yayıb.

Kilyunen rusdilli “Aleksandrovski Cəmiyyəti”nin (Aleksanterinliitto) nümayəndələri ilə görüşdə iki ölkə arasında münasibətin yenidən bərpa olunması fikrini bildirib. Və o, həmkarları ilə sərhədin açılması məsələsini müzakirə edəcəyinə söz verib.

Bununla belə, Sosial Demokrat Partiyasının (SDP) parlament qrupunun sədri Tyutti Tuppurainen və Xarici Əlaqələr Komitəsinin sədr müavini Sofiya Vikman onu bu mövqeyə görə açıq şəkildə tənqid edərək, bununFinlandiyanın siyasət xəttinə, ümumi xarici siyasətə uyğun olmadığını qeyd ediblər. .

Kilyunen etiraf edib ki, onun baxışı yalnız şəxsi fikirdir və bütün partiyanın xəttini əks etdirmir. O qeyd edib ki, Rusiyadakı və şərq sərhədindəki vəziyyət şəxsən ona təsir edir, çünki həyat yoldaşı rus əsillidir, Gazeta.Ru əlavə edir.

"Finlandiya rusları ilə görüşdə işlətdiyim ifadələrim tamamilə düşünülməmiş idi və mən ona görə üzr istəyirəm", - dedi.

QAZİLER.AZ

Seçilən
23
12
qaziler.az

10Mənbələr