AZ

Azərsilah Müdafiə Sənayesi Holdinqi işçi axtarır - VAKANSİYA

Azərsilah Müdafiə Sənayesi Holdinqi

Hüquqşünas (mütəxəssis)

Son tarix 28 dek 2024 - [email protected]

İş yeri:  Bakı şəhəri

Əmək funksiyası:

  • Şirkətin fəaliyyəti ilə bağlı bütün hüquqi məsələlərə dair rəylərin, o cümlədən daxili korporativ və digər sənədlərin (nizamnamə, qərar, ərizə, məktub və s.) hazırlanmasında iştirak etmək;
  • Müxtəlif növ müqavilələrin (Alqı-satqı, xidmət, satınalma və s.) hazırlanması və onlara dair hüquqi rəyin verilməsində iştirak etmək;
  • Mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanması;
  • Bütün dövlət, məhkəmə və icra orqanlarında, o cümlədən hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək; 
  • Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Vəzifə tələbləri:

     Təhsil pilləsi (minimum)- Ali Təhsil - Hüquq, Beynəlxalq hüquq

     Təhsil ixtisası- hüquqşunaslıq

      İş təcrübəsi (minimum)- Korporativ hüquq sahəsində ən azı 2 il iş təcrübəsi (dövlət qurumunda təcrübə üstünlükdür)

     Dil bilikləri- Azərbaycan dili, İngilis dili (rus dili üstünlükdür)

     Kompüter bilikləri-Microsoft Word, Excel proqram təminatlarından sərbəst istifadə etmək

     Digər zəruri tələblər- Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual qanunvericiliyini yaxşı səviyyədə bilməlidir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilmək üstünlükdür.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Analitik düşünmə
  • Problem analiz etmə
  • Detallara diqqət
  • Nizam-intizam
  • Effektiv planlama və icra etmə
  • İşgüzar və hüquqi yazışma bacarığı

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas (mütəxəssis)” qeyd etməyiniz xahiş olunur

Seçilən
14
fed.az

1Mənbələr