AZ

Ermənistanda Köçəryana qarşı yeni ittihamlar irəli sürülüb


Ermənistan Baş Prokurorluğu eks-prezident Robert Köçəryana və İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamlar irəli sürüb.Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Köçəryan və Xaçaturov xidməti vəzifələrini aşmaq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunurlar.

Qeyd edilir ki, cinayət işi 2008-ci il 1 mart hadisələrinə aiddir. Həmin vaxt İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşma baş verib. Nəticədə 10 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
www.anews.az
Seçilən
2
8
anews.az

9Mənbələr