AZ

Gürcüstanda genişmiqyaslı etiraz aksiyaları başlayıb - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb.

Report.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət yaşanır. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.

Hələlik həbslər qeydə alınmayıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarından sonra müxalifət tərəfdarları parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanıblar.

QAZİLER.AZ bilririr ki, etiraz aksiyası  hakim “Gürcü arzusu” partiyasının mərkəzi ofisi və parlament binası yaxınlığında keçirilir. Bu etirazlar sosial şəbəkələrdən istifadə edilməklə təşkil edilib.

Tbilisidə mitinqlər zamanı etirazçılar Rustaveli prospektini bağlayıblar.

Etirazçıların fikrincə, Gürcüstanın 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlardan imtina etməsi ölkənin maraqlarına xəyanətdir. Onlar həmçinin bunu Gürcüstan Konstitusiyasının Avropaya inteqrasiya istəyini əks etdirən 78-ci maddəsinin pozulması hesab edirlər.

Etirazçılar bildirir ki, hakimiyyətin bu cür hərəkətləri Gürcüstanın gələcəyini təhlükə altına qoyur və uzun illər Avropaya yaxınlaşmaq cəhdlərini məhv edir.

QAZİLER.AZ

Seçilən
18
11
qaziler.az

9Mənbələr