Sadə və dadlı qarabaşaq yarması sayəsində bir ay ərzində 5 kq-a qədər artıq çəki itirə bilərsiniz.
Day.Az lent.az-a istinadən bildirir ki, dietoloqların fikrincə, arıqlamaq istəyən hər kəs kefirlə qarabaşaq yeməlidir.
Bu iki qidadan maksimum fayda əldə etmək istəyirsinizsə, onları düzgün hazırlamağı öyrənməlisiniz. Bu reseptdə yarmanı bişirmək lazım deyil. Qarabaşaq yarmasını öncə soyuq, sonra isti su ilə yuyun. Sonra suyu boşaldın və qarabaşağın üzərinə kefir tökün.
2 xörək qaşığı qarabaşaq üçün 200 ml kefir töküb gecədən səhərə qədər gözləyin. Kefiri yağsız qatıqla əvəz eləmək olar.
Bu şəkildə hazırlanmış kefir ilə qarabaşaq yarması tam səhər yeməyidir. Adi axşam yeməyinizi qarabaşaq və kefirlə əvəz etsəniz, effekt daha da çox olacaq.
Diqqət yetirin: bu yeməyin əks göstərişləri var. Kefirli qarabaşaq yarması hamilə qadınlara, 18 yaşınadək uşaqlara, həmçinin şəkərli diabet, hipertoniya və mədə-bağırsaq problemlərindən əziyyət çəkənlərə tövsiyə edilmir.