Milyarder Aleksandr Lebedevin həyat yoldaşı, model Lena Perminova Meksikada çimərlikdə poza verib.
O, lentə alınan fotoları "Instagram"da paylaşıb.
O, qar kimi ağ çimərlik paltarı və mini ətəkdə poza verib. Görünüş günəş eynəyi və boyun ətrafında asqılarla tamamlanıb. Model saçlarını aşağı salıb və makiyajdan imtina edib.
Milyarderin xanımı fotolarına "Günəş öpdü" şərhini yazıb.
19 yaşlı ulduz özündən 27 yaş böyük Aleksandr Lebedevlə münasibətdədir. 2020-ci ildə iş adamı Lenaya evlilik təklifi etsə də, cütlük hələ də evlənməyib. Perminovanın sözlərinə görə, o, Aleksandrla münasibətlərində böhranlar yaşayıb və üç dəfə ayrılıb. Son böyük mübahisədən sonra, sahibkar yalnız dördüncü hamiləliyini öyrəndikdən sonra modelin yanına geri dönüb.
Cütlük üç oğul və bir qız böyüdür: 14 yaşlı Nikita, 12 yaşlı Yeqor, 9 yaşlı Arina və 3 yaşlı Aleksandr.
Lebedev həm də sovet bioloqu, akademik Vladimir Sokolovun qızı Natalya ilə evli idi və onların Yevgeni adlı bir oğlu var.
Perminova şəxsi bloqunda bildirib ki, sevgilisi 25 ildən artıqdır ki, təkcə ilk övladına deyil, anasına da maddi yardım edir. O, hesab edir ki, layiqli kişilər belə davranmalıdırlar. (Publika.az)