Rusiyanın müdafiə naziri Andrey Belousov cümə günü Koreya Xalq Demokratik Respublikasına (KXDR) rəsmi səfər edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Rusiya müdafiə nazirinin KXDR-ə rəsmi səfəri çərçivəsində bu ölkənin hərbi-siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər planlaşdırılır”, - məlumatda deyilir.
Pxenyan şəhərinin ətrafında yerləşən Sunan Beynəlxalq Hava Limanında Koreya Xalq Ordusunun fəxri qarovul dəstəsinin iştirakı ilə Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.
Təyyarənin enişində Rusiya müdafiə idarəsinin rəisini KXDR-in müdafiə naziri, ordu generalı No Qvan Çol qarşılayıb.
Xatırladaq ki, məlumatlara görə, Rusiya Ukraynada apardığı müharibədə Şimali Koreyadan həm silah-sursat, həm də canlı qüvvə dəstəyi alır.