Yasamal Rayon İcra Hakimiyyətində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin vəziyyəti ilə bağlı məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirdi. RİH başçısı qeyd etdi ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan xüsusi texnikalar hazır vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub. Eyni zamanda, rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.
Daha sonra çıxış edən Yasamal rayon MKTB-nin rəisi Vüsal Hüseynov,Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov və Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalı olduğlarını, eləcə də verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Daha sonra müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
#yasamal #yasamalrayonu #yasamalRİH #yasamalRIH #yasamalyaşayışkompleksi #yasamalrayonicrahakimiyyeti #azerbaijan #azerbaycan #qarabag #qarabagazerbaycandı