AZ

Bayden Ukraynanı dəstəkləməyin vacibliyini bəyan edib

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynadakı hədəflərə cavab zərbələri endirməsinə münasibət bildirərək deyib ki, bu, artıq əndazənin aşılması deməkdir. Prezidentin müvafiq bəyanatı noyabrın 28-də Ağ Evin saytında dərc olunub. Məlumatı “İzvestiya.ru” verib. 

“Bu hücum bütün hədlərin aşılması deməkdir və Ukrayna xalqını dəstəkləməyin aktuallığını, vacibliyini bir daha xatırladır”, - ABŞ prezidenti vurğulayıb.

O, Vaşinqtonun Ukraynaya hərbi yardımı davam etdirəcəyini qeyd edərək, tezliklə yeni silah təchizatının gözlənildiyini vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən sessiyasında bildirib ki, Rusiya Federasiyası son iki gündə Ukraynadakı hədəflərə 100 raket və 466 pilotsuz uçuş aparatı (PUA) atıb. Bütün bu zərbələr Kiyevin atdığı ABŞ ballistik raketlərinin hücumlarına cavabdır.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr