AZ

Türkiyə limanları ilə 1 milyon tondan çox inşaat məhsulları daşınıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayında Türkiyə limanlarından 1 milyon 819min 916 ton inşaat məhsulları daşınıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 103 min 665 tonuTürkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 716 min 251 tonuisə digər dövlətlərin bayraqları altında üzən gəmilərlədaşınıb.

“Bu ilin yanvar- oktyabr ayında Türkiyə limanlarından tranzitolaraq 4 min 279 ton inşaat məhsulları daşınıb”- deyə nazirlikdənbildiriblər.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30milyon 655 min 349 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 474 min 937 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 30 milyon 180 min 412 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında Türkiyəlimanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- oktyabraylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min787 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 306 milyon 255 min 581 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarındaTürkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yükdaşınıb.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 396gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 451, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 945 olub.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min713 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 33 min 584, Türkiyəbayrağı altında olan gəmilər isə 18 min 129 olub”, – deyənazirlikdən bildirilib.

Məqalədə:
Seçilən
4
43
az.trend.az

10Mənbələr