AZ

Qht sədri ictimailəşdirdi, problem həllini tapdı » AzadMedia.az


Ötən həftə bir qrup valideyn Ailə və Uşaqlara Sosial Dəstək İB-ə müraciət edərək Binəqədi rayonu Biləcəri ərazisində yerləşən 274 saylı uçaq bağçasına mərkəzi istilik verilmədiyini bildirmişdi. Onlar qeyd etmişdilər ki, direktor yeni dəyişib, gedən direktor sayğacı özü ilə aparıb. Ailə və Uşaqlara Sosial Dəstək İB Azadmedia az-ın media dəstəyi ilə məsələyə aydınlıq gətirmək üçün BŞTİ-yə sözügedən problemlə əlaqədar sorğu yollamışdı. BŞTİ-dən sorğumuza cavab olaraq bildirilmişdi ki, 274 saylı uşaq bağçasını istiliklə təmin edən qazanxananın qaz sayğacı dövlət yoxlamasından keçirilmək məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən çıxarılıb. Məsələnin qısa zamanda həlli məqsədilə zəruri tədbirlər görülməkdədir. Övladları 274 saylı baxçaya gedən valideynlər bildirib ki, Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova problemi ictimailəşdirdikdən 2 gün sonra sayğac yerinə qaytarılaraq bağçanın istiliyi bərpa olunub.
Seçilən
0
3
azadmedia.az

4Mənbələr