Bələdiyyələr də qrant ala biləcəklər.
Korrespondent.az bildirir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Qrant haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qanuna qrant sözü də əlavə edilir. Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.