AZ

"Qarabağ"ın futbolçusu "Ferents Puşkaş" mükafatına namizəddir: "Məni dəstəkləyənlər üçündür"

"Ferents Puşkaş" mükafatına namizəd olduğum üçün xoşbəxtəm".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın əlcəzairli futbolçusu Yassin Benzia FIFA-nın təsis etdiyi "Ferents Puşkaş" mükafatına namizəd olması ilə bağlı danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bu ilin martında beynəlxalq yoldaşlıq matçında Cənubi Afrika yığmasına qarşı matçda vurduğu baxımlı qolun ən yaxşı seçiləcəyinə ümid edir:

"Bəli, qürur duyuram və qalib gələcəyimə ümid edirəm. Qələbə qazansam, möhtəşəm olacaq. Bu, xüsusilə Əlcəzairdə və Azərbaycanda məni dəstəkləyənlər üçündür".

11:48

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.

"Report" qurumun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi beynəlxalq yoldaşlıq matçında baş tutan Əlcəzair - CAR matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

Seçilən
0
4
hakimiyyet.az

6Mənbələr