AZ

Türkiyə limanlarından 9,99 milyon ton kənd təsərrüfatı məhsulu daşınıb

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyə limanlarından kənd təsərrüfatı məhsulları daşınması və ümumi yük həcmi açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövr ərzində Türkiyə limanlarından ümumilikdə 9 milyon 992 min 915 ton kənd təsərrüfatı məhsulu daşınıb. Bunun 218 min 506 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 9 milyon 774 min 409 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

Tranzit daşımalar da nəzərə alınıb və 7 min 30 ton kənd təsərrüfatı məhsulunun tranzit olaraq daşındığı bildirilib.

Oktyabr ayında isə Türkiyə limanları ümumilikdə 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu yükün 2 milyon 474 min 937 tonu Türkiyə bayrağı altında, 30 milyon 180 min 412 tonu isə digər ölkələrin bayraqları altında daşınıb. Həmçinin, 5 milyon 742 min 347 ton transit yük daşınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında 331 milyon 349 min 368 ton yük qəbul edilib. Bu dövr ərzində 57 milyon 567 min 755 ton transit yük daşınıb.

Gəmi qəbulu ilə bağlı məlumatlara əsasən, 2024-cü ilin oktyabr ayında 5 min 396 gəmi Türkiyə limanlarına daxil olub. Bu dövrdə 3 min 451 gəmi digər ölkələrin bayraqları altında, 1 min 945 gəmi isə Türkiyə bayrağı altında olub.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında 51 min 713 gəmi Türkiyə limanlarına daxil olub. Bu gəmi sayı arasında 33 min 584 gəmi digər ölkələrin bayraqları altında, 18 min 129 gəmi isə Türkiyə bayrağı altında olub.

Seçilən
10
43
fins.az

10Mənbələr