AZ

Bu ölkə də Netanyahunu həbs etməyəcəyini açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahu həbs təhlükəsi olmadan Niderlanda səfər edə bilər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Niderlandın Baş naziri Dik Şof danışıb.
“Beynəlxalq hüquq çərçivəsində Netanyahunun həbs olunmadan Niderlanda gələ bilməsi mümkündür”, - o qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib. Böyük Britaniya , İsveçrə və Kolumbiya Netanyahunun bu ölkərə səfər edəcəyi təqdirdə, həbs olunacağını bildirib. Fransa isə İsrail Baş nazirini həbs etməyəcəyini açıqlamışdı.
Seçilən
9
12
sherg.az

10Mənbələr