AZ

Türkiyə limanlarından 1.8 milyon ton inşaat məhsulu daşınıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından inşaat məhsullarının daşınması barədə məlumat açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

bu dövr ərzində Türkiyə limanlarından 1 milyon 819 min 916 ton inşaat məhsulu daşınıb. Daşınan yüklərin 103 min 665 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 716 min 251 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. Tranzit daşımalar zamanı isə 4 min 279 ton inşaat məhsulu daşınıb.

Oktyabr ayında isə Türkiyə limanları ümumilikdə 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu yükün 2 milyon 474 min 937 tonu Türkiyə bayrağı altında, 30 milyon 180 min 412 tonu isə digər ölkələrin bayraqları altında daşınıb. Həmçinin, 5 milyon 742 min 347 ton transit yük daşınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında 331 milyon 349 min 368 ton yük qəbul edilib. 57 milyon 567 min 755 ton transit yük daşınıb.

Gəmi qəbulu ilə bağlı məlumatlara əsasən, 2024-cü ilin oktyabr ayında 5 min 396 gəmi Türkiyə limanlarına daxil olub. Bu dövrdə 3 min 451 gəmi digər ölkələrin bayraqları altında, 1 min 945 gəmi isə Türkiyə bayrağı altında olub.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında 51 min 713 gəmi Türkiyə limanlarına daxil olub. Bu gəmi sayı arasında 33 min 584 gəmi digər ölkələrin bayraqları altında, 18 min 129 gəmi isə Türkiyə bayrağı altında olub.

Fuad Mədətov
Fins.az

Seçilən
10
43
fins.az

10Mənbələr