AZ

"Taliskanı istəyirik, amma..." -

"Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı klubun transfer gündəmində olan Anderson Taliska ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, Hülya Avşarın "YouTube" kanalına qonaq olan Ilıcalı bunları deyib:"Taliskanı istəyirik, amma bu, asan məsələ deyil. Onun illik 11 milyon avro maaşı var. Klubunun gözlədiyi transfer məbləği də var. Bütün bunları hesablamaq lazımdır. Əgər alınsa, təbii ki, istəyirik".

Qeyd edək ki, Ilıcalı daha əvvəl "Slaviya Praqa" üzərində qələbədən sonra verdiyi açıqlamada transfer məsələsi ilə bağlı bunları demişdi: "Çox spekulyasiyalar var. Biz transferə son dərəcə diqqət yetirmişik. Ancaq yayılan xəbərlər qədər müsbət vəziyyət yoxdur. Bu məsələlər zaman tələb edir. Biz də müəyyən proseslərdən keçirik. Hazırda bitdi, transfer edildi deyə vəziyyət yoxdur. Bu xəbərlər milli komanda fasiləsi zamanı çıxmışdı. Həmin həftə mətbuatın xəbərə ehtiyacı var idi. O vaxt Ronaldonu və Taliskanı transfer edirik kimi xəbərlər yayıldı".

Seçilən
7
1
metbuat.az

10Mənbələr