AZ

"Kommersant T.A" cərimə olunur

"Kommersant T.A" Məhdud Məsuliyyətli Cəmiyyəti siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq. 

Sadiq İsbəndərli

Seçilən
3
4
valyuta.az

10Mənbələr