Rusiyadan qaz idxalına təsir göstərəcək istənilən qərara qarşıyıq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraqdar bəyan edib.
Nazir qeyd edib ki, Rusiya təbii qazın idxalında heç bir fasilə yaranmamalıdır:
"Ən çətin siyasi böhranlarda da Rusiya etibarlı təchizatçı və təhlükəsiz bazar olub. Buna görə bu axına təsir edə biləcək hər şeyə qarşıyıq".