29-30 noyabr tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar.
Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb.
Xatırladaq ki, Gürcüstanda hakimiyyəti Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra etirazlar güclənib. Ötən gün Tbilisidə polislə etirazçılar arasında toqquşma yaşanıb.