29-30 oktyabr tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qurumun məlumatında bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar.
Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb.