AZ

"Ukrayna xalqı Zelenskini yenidən prezident seçməyəcək" - “The Times”

Times: Reytinqlərin azalması səbəbindən Zelenskinin ikinci müddətə şansları sürətlə azalır.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin (onun səlahiyyət müddəti mayın 20-də başa çatıb) populyarlığının azalması səbəbindən onun yenidən seçilmək şansı çox aşağıdır. Bu barədə Britaniyanın “The Times” qəzeti noyabrın 30-da yazıb.

Qəzetin yazdığına görə, ukraynalıların cəmi 16%-i yenidən seçilməyi dəstəkləyəcək, 60%-i isə onun bu posta namizədliyinin əleyhinə çıxıb.

Materialda bildirilir ki, Zelenskinin 2019-cu ildəki qələbəsinə baxmayaraq, korrupsiya qalmaqalları və münaqişədə Ukrayna Silahlı Qüvvələrinin böyük itkiləri onun reytinqini xeyli aşağı salıb.

“The Times” qeyd edir ki, ölkədə hərbi xidmətə çağırış yaşının 18 yaşa endirilməsi Ukrayna liderinin reytinqinin daha da aşağı düşməsinə səbəb ola bilər.

Bildirək ki, noyabrın 11-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat vermişdi ki, Vaşinqton Rusiya ilə davam edən hərbi əməliyyatlar kontekstində 2025-ci ildə Ukraynada prezident və parlament seçkilərinin keçirilməsini nəzərdən keçirir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr