AZ

Şimali Koreya lideri Rusiya müdafiə nazirinə söz verdi – KİV

Şimali Koreyanın lideri Kim Çen In Rusiya müdafiə naziri ilə görüş zamanı ölkəsinin Rusiyanın Ukraynaya qarşı müharibəsini "dəyişməz olaraq dəstəkləyəcəyini" bəyan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən yazır.
 
Rusiya müdafiə naziri Andrey Belousovun rəhbərlik etdiyi hərbi nümayəndə heyəti iki ölkə arasındakı əməkdaşlığın güclənməsi fonunda 29 noyabr tarixində Şimali Koreyaya səfər edib.

"Şimali Koreyanın dövlət xəbər agentliyinin məlumatına görə, Kim və Belousov arasında keçirilən görüşdə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, hər iki ölkənin suverenliyi, təhlükəsizlik maraqları və beynəlxalq ədaləti müdafiə etmək üçün "məmnunluq doğuran razılaşma” əldə edilib”, - məlumatda deyilir.
Kim Çen In bildirib ki, Şimali Koreya "imperialistlərin hegemonluq cəhdləri qarşısında Rusiya Federasiyasının suverenliyini və ərazi bütövlüyünü qorumaq siyasətini dəyişməz olaraq dəstəkləyəcək".

Şimali Koreya Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyərək bunu NATO-nun şərqə doğru "məsuliyyətsiz” genişlənməsinə və ABŞ-ın rəhbərlik etdiyi Rusiyanı güclü dövlət kimi zəiflətmə məqsədinə qarşı müdafiə cavabı adlandırıb.

11 sentyabr tarixində The New York Times yazıb ki, Rusiya Şimali Koreyadan yeni Hwasong-11 ballistik raketləri alıb və onları bu ilin yayında Kiyevə hücumlar zamanı istifadə edib. Hwasong-11-in uçuş məsafəsi təxminən 700 km-dir və nüvə və ya adi döyüş başlığı ilə təchiz oluna bilər.

Noyabr ayında Şimali Koreyanın ballistik raket istehsalı üzrə əsas zavodunu xeyli genişləndirdiyi məlum olub. Bu raketlər Rusiya tərəfindən Ukrayna ilə müharibədə istifadə edilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın Kursk vilayətində 11 mindən çox şimali koreyalı hərbçi yerləşdirilib və onlar artıq Ukrayna Müdafiə Qüvvələrinə qarşı döyüşlərdə iştirak ediblər.

Alpər
Seçilən
1
1
qaynarinfo.az

2Mənbələr