Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Visa Fashion Week Tashkent” dəb gecəsi baş tutub.
OLAY yazır ki, sözügedən defiledə azərbaycanlı dizayner Zümrüd Mirzəliyeva “Silk Sense” adlı yeni kolleksiyasını nümayiş edib.
Təqdim edilən geyimlər arasında cins, ipək və makrame elementlərinin cəsur qarışığı yer alıb.