AZ

Elm adamları tərəfindən YENİ KƏŞF: Uran və Neptunun sirri açıldı

  1980-ci illərin sonunda NASA-nın “Voyager 2” kosmik gəmisi Uran və Neptunu tədqiq edərkən, bu iki buzlu planetin Yer, Yupiter və Saturn kimi dipol maqnit sahəsi daşımadığını aşkar edib. Bu vəziyyət alimləri illərdir düşündürür.

Planetlərin maqnit sahələri ümumiyyətlə onların içərisində olan maye metal və ya su kimi elektrik keçirici materialların konveksiya hərəkətləri nəticəsində yaranır. Bu hərəkət materialların qızdırılaraq yüksəlməsi və soyudulması ilə batma zamanı baş verir. Ancaq bu proses Uran və Neptunda baş vermir. Bunun səbəbinin planetlərin içindəki təbəqələrin qarışa bilməməsi olduğu uzun müddətdir düşünülürdü. Ancaq bu təbəqələrin niyə və necə ayrıldığına dair qəti bir izahat tapılmayıb.

Uranın 4800 kilometrlik atmosferin altında təxminən 8000 kilometr dərinlikdə su ilə zəngin təbəqəsi var. Bunun altında 8000 kilometr uzunluğunda karbohidrogen təbəqəsi və Merkuri ölçüsündə qaya nüvəsi yerləşir. Neptunun atmosferi daha kiçik olsa da, onun daxili quruluşu oxşardır və Mars ölçüsündə qaya nüvəsinə malikdir.

Elm adamları arasında Uran və Neptunun maqnit sahələrinin almaz yağışları və ya superionik su kimi ekzotik proseslərlə əmələ gəldiyinə dair nəzəriyyələr var./Publika.az  

Seçilən
0
1
referans.az

10Mənbələr