Dünən hamı bir daha əmin oldu ki, Gürcüstanda “Maydan” keçirilə bilməz, Gürcüstan dövləti buna imkan verməyəcək.

Leqal.info xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Hökumət başçısının sözlərinə əsasən, dünənki şiddətli mitinqə görə, əsas məsuliyyət Avropanın müvafiq siyasətçiləri, bürokratları və “4 siyasi partiya şəklində təmsil olunan beşinci kolon” olan yerli qurumun üzərinə düşür.

“Artıq üç ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən bəzi avropalı siyasətçilər və bürokratlar davamlı olaraq namizəd statusundan və üzvlük danışıqlarının başladılması məsələsindən ölkəni zəiflətmək, Gürcüstanda qütbləşməni qızışdırmaq üçün istifadə etməyə çalışırlar. Xatırladırıq ki, bu 3 il ərzində ölkənin imicinə zərbə vurmaq, cəmiyyəti sıxışdırmaq üçün əvvəlcə namizəd statusu, daha sonra isə danışıqların açılması mövzusu əsas vasitə kimi istifadə olunub. Dünən hamıya aydın oldu ki, hamı hər şeyi çox gözəl bilir. Sadəcə olaraq, radikallar və onların xarici himayədarları ölkənin sabitliyini pozmaq, Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə uydurmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası isə təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir, onun gücünü heç kim sarsıda bilməz”, - Baş nazir deyib.

Leqal.info