Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.
Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Kral Salman Mərkəzi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişafı, eləcə də gələcək birgə layihələr istiqamətində müzakirələr aparılıb.
www.anews.az