Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya istefa verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Yerli KİV sabiq xarici işlər naziri; hazırda Gürcüstanın ABŞ-də səfiri olan David Zalkalianinin də vəzifəsindən istefa verməsi barədə məlumat paylaşıb.
Xatırladaq ki, Gürcüstanın Bolqarıstan və Niderland Krallığındakı səfirləri hakim partiyanın Aİ ilə inteqrasiya danışıqlarını 4 il müddətinə dayandırmaq qərarından sonra istefa verib.
Milli.Az