AZ

Cənub zonasında NÖVBƏTİ QƏZA: 18 yaşlı piyadanı maşın vurdu

Lənkəran rayonunda minik avtomobilinin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Osaküçə kənd sakini, 2006-ci il təvəllüdlü Ləman Emin qızı Niftullayevanı maşın vurub.
 

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıb.


Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Seçilən
0
23
bizim.media

10Mənbələr