Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Sabirabad rayonu Axtaçı Muğan kəndində qeydə alınıb. Yaşadığı evdə dəm qazının təsirinə məruz qalan 1982-ci il təvəllüdlü Pərvanə Əliyeva ölüb.
Faktla bağlı araşdırma aparılır.