AZ

Vüqar Həşimovun partlayış zamanı xəsarət alan valideynlərinin SON VƏZİYYƏTİ açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun hər iki valideyninin vəziyyəti orta ağır olaraq qalır.
Bu məlumatı Oxu.Az-a açıqlamasında mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva verib.
O bildirib ki, hər iki valideyninin müalicəsi reanimasiya şöbəsində davam etməkdədir.
"Atam hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Yanıqları ilə bağlı müayinə və müalicələri davam edir. Qızdırması tez-tez qalxıb-düşür. Atamın vəziyyəti ilə bağlı tam olaraq bir fikir bildirə bilmirəm. Bircə onu deyə bilərəm ki, həkimlərin dediyi o üçgünlük kritik müddətdən, yəni həyati təhlükə müddətindən çıxıb.
Anamın vəziyyətinə gəlincə isə, ötən gün səhər saatlarında onu özəl xəstəxanaların birinə köçürdük. Həkim lazımi yoxlanışları aparır. Bildirilib ki, xəstənin vəziyyəti tam hazır olduqdan sonra əməliyyata götürüləcək. Əgər xəstə həkimin gözlədiyi nəticələrə cavab versə, birinci, ya ikinci gün əməliyyata alınacaq", - deyə S. Allahverdiyeva bildirib.
Xatırladaq ki, sözügedən partlayışda xəsarət alan Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.
Əzizə İsmayılova
Seçilən
77
14
oxu.az

10Mənbələr