AZ

157 min məhbus, 72 işgəncə növü - Əsədin "insan qəssabxanası" Sednaya

Suriyadakı adı rejimlə eyniləşdirilən və işgəncələri ilə tanınan Sednaya həbsxanası illərdir "insan qəssabxanası” kimi tanınır.
 
İnsan haqları təşkilatları həbsxanalarda rejimin istifadə etdiyi 72 müxtəlif işgəncə üsulunu sənədləşdirib. Bu işgəncələr arasında döyülmə, elektrik şoku, aclıq, zorla pis rəftar və kimyəvi maddələrlə işgəncə kimi üsullar var.

Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi zamanı ən azı 15 min insanın işgəncə altında öldüyü təxmin edilir. Dəməşqi ələ keçirən rejim əleyhdarı qüvvələr Sednaya həbsxanasının yeraltı kameralarında qalan məhbuslara çatmaq üçün xəritələrə baxaraq binanın strukturunu anlamağa çalışırlar. 
 


Qaynarinfo xəbər verir ki, Sednaya Həbsxanası Şamın şimalında yerləşən və 1960-cı illərdə inşa edilən hərbi həbsxana olaraq bilinir. Bu həbsxana həm siyasi məhbusların, həm də rejimə qarşı çıxanların saxlandığı yer olaraq tanınır. İnsan hüquqları təşkilatları və qaçqınlar bu həbsxanada məhkumların tez-tez qeydsiz şəkildə öldüyünü, cəsədlərin gizli şəkildə basdırıldığını və ailələrə təhvil verilmədiyini bildirirlər.
 


Bu həbsxanada müxalifət məhbusları azad edənə qədər vətəndaş müharibəsi boyunca ən az 157 min məhbusu olub.  Bu şəxslər adətən işgəncəyə məruz qalıb, həyat şəraiti ağırlaşdırılıb və bəzən öldürülüb. Beynəlxalq müşahidəçilər bu işgəncələrin sistematik şəkildə həyata keçirildiyini və hökumətin təzyiq mexanizminin bir hissəsi olduğunu vurğulayırlar.

Bəs keçmişdən bu günə Əsədin işgəncə mərkəzlərində nələr baş verib?

 

15 min adam işkəncə ilə ödürüldü
 
Suriya İnsan Hüquqları Şəbəkəsi, 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 157 mindən çox şəxsin həbs edildiyini açıqlayıb. Bunlar arasında 5 min 274 uşaq və 10 min 221 qadın da var. Bundan əlavə, bu müddət ərzində 15 mindən çox şəxsin işkəncə altında öldüyü iddia edilir.

Həbsxanalardan birindən gələn yeni görüntülərdə, sümükləri qırmaq və məhkumları edam etmək üçün istifadə edildiyi görünən, orta əsrlərə aid bir bədən presi təsvir olunub.



72 fərqli işkəncə metodu

İnsan hüquqları təçkilatları rejimin 72 fərqli işkəncə metodunu sənədləşdirdiyini bildirib.

Bunlar arasında cinsi orqanları elektriklə kəsmək və ya ağırlıq asmaq, yağ, metal çubuqlar, barut və ya yanıcı böcək dərmanları ilə yandırmaq, başları divar ilə həbsxana hücrəsinin qapısı arasında əzmək, bədənlərə iynə və ya metal iynələr batırmaq; məhkumları paltar, vanna otağı, tualet kimi əsas ehtiyaclardan məhrum etmək və s. metodlar var.



Sednaya həbsxanasında nə baş verirdi?
 
Şam şəhərindən kənarıda yerləşən bu yer bir təpədə yerləşir və 1,4 kvadratkilometr ərazini əhatə edir.

2017-ci il tarixli Beynəlxalq Əfv Təşkilatı Sednayada minlərlə şəxsin kütləvi şəkildə asıldığını aşkar edib.

Həbsxana bu hadisədən sonra "insan qəssabxanası” adlandırılıb.
 

Minlərlə insan edam edildi
 
Həftədə 20 ilə 50 nəfər, adətən bazar ertəsi və çərşənbə gecələri öldürülürdü.

Beynəlxalq Əfv Təşkilatı  2011-ci ilin sentyabrı ilə 2015-ci ilin dekabr ayı aralığında 5 min ilə 13 min nəfərin edam edildiyini təxmin edir.
 


Sednayada bir gün
 
Sağ qalanlar ağır ağrılara dözmək məcburiyyətində qaldılar. Gözləri daim bağlı olurdu, havalandırma deliklərindən və borulardan gələn döyüş və çığırtı səslərini eşidə bilirdilər.



Yeraltı hücrələr
 
Bəzi məhkumlar, 2,5 metrə 1,5 metr ölçülərində, tək şəxs üçün nəzərdə tutulmuş dondurucu yeraltı hücrələrdə saxlanılıb, amma nburda eyni anda 15 nəfərə qədər adam saxlanıla bilirdi.


 
Rejim əskərlərinin əməkdaşlığa çağırışı

Müxalifət rəsmiləri sosial şəbəkələrdə Əsəd rejiminin keçmiş əsgərləri və həbsxana işçilərini elektron yeraltı qapıların kodlarını verməyə çağırıb.


 
Suriyalılar yaxınlarını axtarır

Həbsxanalar boşaldıqca, suriyalılar hər yerdə illərlə itkin düşmüş yaxınlarından xəbər almaq üçün ümidsizdirlər.
 


Günay




Seçilən
34
5
qaynarinfo.az

10Mənbələr