"Sevilya"nın əfsanəvi futbolçusu Xesus Navas azarkeşlərlə vidalaşıb.
QOL.az xəbər verir ki, o, futbolçu karyerasında keçirdiyi son ev matçında göz yaşlarını saxlaya bilməyib.
"Selta" ilə ötən axşamkı qarşılaşmada (1:0) Navasın şərəfinə böyük pankartlar açılıb və azarkeşlər onun üçün serenada oxuyublar.
İspaniyalı futbolçu 39 yaşı olmasına baxmayaraq xroniki zədə səbəbindən futboldan gedir. O, dekabrın 21-də "Real"la qarşılaşmada futbolçu karyerasına son matçına çıxacaq.
Qeyd edək ki, Navas "Sevilya"da 702 oyun keçirib. O, bu klubla 4 dəfə Avropa Liqasını, UEFA kubokunu və UEFA Superkubokunu qazanıb. 2013-2017-ci illərdə "Mançester Siti"də çıxış edən futbolçu 183 oyuna çıxıb və Premyer Liqa çempionluğunu da yaşayıb.