AZ

Millinin üzvünə hücum edildi, kəlləsi sındı

  Avstriyanın “Rapid” klubunun hücumçusu Quydo Burqstaller keçən Vyananın mərkəzində baş verən hücum nəticəsində başından ciddi xəsarət alıb.

Referans.az Publika.az-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu naməlum şəxsin hücumuna məruz qalıb və güclü zərbədən yıxılaraq kəllə sümüyü sınıb.

“Rapid” Burqstallerin yaxın bir neçə günü xəstəxanada keçirəcəyini bildirdi. Avstriya çempionatının 2022/23 mövsümünün bombardiri bir neçə ay oynaya bilməyəcək.

Paytaxt klubu hüquq-mühafizə orqanlarının hələlik naməlum cinayətkarı məsuliyyətə cəlb edəcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Burqstaller Avstriya millisinin heyətində 26 oyun keçirib və 2 qol vurub.  

Seçilən
4
1
referans.az

2Mənbələr