Azərbaycan 2-ci liqasının 13-cü turunun bu gün keçirilməli olan bir oyunu baş tutmayıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Qusar” – “Şahdağ Qusar” qarşılaşması keçiriilməyib.
Buna "Qusar"ın görüşə gəlməməsi səbəb olub. Bu oyunun nəticəsi ilə bağlı hüquqi qərarı AFFA İntizam Komitəsi tərəfindən veriləcəyi bildirilib.
Qeyd edək ki, oyun saat 15:00-da başlamalı idi.