1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Misirin paytaxtı Qahirədə D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Mesud Pezeşkian arasında ayaqüstü görüş olub.
Oxu.Az bu barədə İran mətbuatına istinadən xəbər verib.
Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir.