AZ

ABŞ Gürcüstan rəsmilərini sanksiyalarla VURDU

Amerika hakimiyyəti iki gürcü məmura qarşı sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Siyahıya respublikanın daxili işlər naziri Vaxtanq Qomelaurinin də adı daxil edilib. \

Sənəddə izah edilib ki, nazir dinc aksiyaların yatırılmasında iştirakına görə məhdudiyyətlərə məruz qalıb.

Sanksiya siyahısında həmçinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı idarəsinin rəis müavini Mirzə Kerevadze də var.

Seçilən
30
22
publika.az

10Mənbələr