1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı ölkəni tərk etməzdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyinin residivindən müalicəyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əsəd Rusiyanın paytaxtına gəldikdən sonra həyat yoldaşı ilə görüşüb. Məlumata görə, onun anası və atası, Fəvaz əl-Əxras da Moskvadadır.
Dekabrın əvvəlində isə Əsədin böyük oğlu Hafiz Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib.