Şuşa. Trend:
Dekabrın 21-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınannövbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Trend xəbər verir ki, bumərhələdə şəhərə köçürülən 191 nəfərdən ibarət 49 ailəyəmənzillərin açarları təqdim edilib.
Məlumata görə, mərasimdə Şuşa rayonunda Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirakediblər. Şuşa daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmişbinalarda mənzillər verilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır.