AZ

Türkiyənin İrana hazır geyim ixracı 26,1% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İrana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% artaraq 26 milyon 689 min 29 ABŞ dollarına çatıb.

Fins.az xəbər verir ki, bu barədə Fins.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Təkcə noyabr ayında Türkiyə İrana 3 milyon 575 min 67 dollar dəyərində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 8,2% artım deməkdir.

Bununla yanaşı, 2024-cü ilin ilk on bir ayında Türkiyənin ümumi hazır geyim ixracı 6,4% azalaraq 16 milyard 661 milyon 719 min dollara bərabər olub. Noyabr ayında isə Türkiyənin ümumi hazır geyim ixracı 1 milyard 489 milyon 931 min dollar təşkil edib ki, bu, keçən ilin eyni ayı ilə müqayisədə 4,3% artım deməkdir.

Noyabr 2023-dən noyabr 2024-dək olan dövr ərzində Türkiyənin hazır geyim ixracının ümumi dəyəri 18 milyard 111 milyon 716 min dollara çatıb. Bu göstərici, Türkiyənin hazır geyim sənayesində İrana ixracın artan rolunu və ümumi ixrac həcminin azalmasına baxmayaraq bəzi bazarlarda uğur qazandığını göstərir.

Fuad Mədətov
Fins.az

Seçilən
18
26
fins.az

10Mənbələr