AZ

Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) 22.12.2024-cü il tarixində saat 16:10 radələrində Mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Sol budun açıq yarası diaqnozu təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

09:35

Sumqayıtda 15 yaşlı oğlanı bıçaqlayan həmyaşıdı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Report"un yerli bürosuna bildirib ki, dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.

Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

08:20

Sumqayıtda 15 yaşlı yeniyetmə tanışı tərəfindən bıçaqlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 42-ci məhəllə ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Qiyaslı Rəvan Kamil oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, Kənan adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
2
far.az

10Mənbələr