AZ

Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb - Yenilənib

Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb...

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) 22.12.2024-cü il tarixində saat 16:10 radələrində Mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Sol budun açıq yarası diaqnozu təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

Dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.

Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

***

Sumqayıtda 15 yaşlı gənc oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə 42-ci məhəllədə qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü K. Q. münaqişə zamanı tanışı tərəfindən bıçaqlanıb.

Xəsarət alan 15 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Poliqon.info

Seçilən
11
2
poliqon.info

10Mənbələr