Rusiya prezidenti Vladimir Putin MDB üzvü olan ölkələrin liderlərinin qeyri-rəsmi görüşü zamanı Qazaxıstanın qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
"Unikal" xəbər verir ki, Rusiya liderinin sözlərini TASS sitat gətirib.
"Faciə bu gün Aktauda baş verib. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Gəlin onların sağalacağına ümid edək”, - deyə Putin Sankt-Peterburqda keçirilən sammit zamanı bildirib.
O, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağına əminliyini ifadə edib.
Dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Bakıdan Qroznıya uçurdu.
Gülayə Mecid