Bakı. Trend:
Bu gün “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauşəhərində qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfərisə yaralanıb.
Trend xəbər verir ki, bunuQazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayeb deyib.
“Aktauda təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlakolub, 29 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralılardan11 nəfərinin vəziyyəri ağırdır. İlkin məlumatlara görə, sağqalanlar arasında Qazaxıstan vətəndaşı yoxdur”, - deyə obildirib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.