Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Aktauda qəzaya uğrayan təyyarədən sağ qalan azərbaycanlılara baş çəkib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən məlumatına görə, xəstəxana ziyarətində diqqətçəkən məqamlardan biri də hadisə şahidlərinin lentə alınan videolarla bağlı dövlət rəsmilərinə məlumat vermələridir.
Təyyarənin sol qanad hissəsində xəsarət olması ilə bağlı videonun Kəmaləddin Heydərovun telefonunda olması da diqqət çəkib. O, hadisə şahidlərindən bu barədə məlumat alıb.
Həmin anın görüntülərini təqdim edirik: