Xəbər verdiyimiz kimi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Həmçinin Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həlak olub, 14 nəfər yaralanıb.
Bizim.Media