1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "AZAL"a məxsus "Embraer" təyyarəsinin qara qutuları aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
O bildirib ki, qara qutular qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Son qərar sabah və ya yaxın günlərdə veriləcək.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda baş vermiş təyyarə qəzasından sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarını ziyarət ediblər.
Nazirlər xəstəxanalarda müalicə alan yaralıların səhhəti ilə maraqlanıb və onların vəziyyəti ilə bağlı həkimlərdən məlumat alıblar. Bundan əlavə, rəsmilər sərnişinlərlə danışaraq təyyarədə baş verən hadisələr və qəzanın səbəbləri barədə ifadələrini dinləyiblər.