“Bu bizim üçün çox böyük hadisə idi. Hal-hazırda məsələ dərindən araşdırılır. Qəzanın səbəbləri müəyyənləşdiriləcək və bununla bağlı məlumat veriləcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
“Dərdimiz böyükdür. Allah bütün dünyadan köçənlərimizə rəhmət etsin, yaralılara şəfa versin”, - deyə o qeyd edib.
AZAL-ın Prezidenti qəzadan sağ xilas olanların bu gündən etibarən Vətənə qaytarılmasının planlaşdırıldığını bildirib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta