AZ

Soçi və Kazan hava limanlarında uçuşlar dayandırıldı

Rusiyada Soçi və Kazan hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Teleqraf.com xəbər verir ki,bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako məlumat yayıb.

Qeyd olunub ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Təyyarənin ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

Məhdudiyyətlər Soçi ilə yanaşı, Kazan hava limanına da tətbiq edilib.

Hər iki şəhərin aeroportu hazırda uçuşları qəbul etmir. Bununla yanaşı, hava limanlarından reyslərin yola salınması da dayandırılıb.

Xatırladaq ki, ötən gün uçuşların təhlükəsizliyi üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlər tətbiq olunub.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
11
50
teleqraf.com

10Mənbələr